MƏDƏNİYYƏT


Kinooperator Rasim İsmayılovun anadan olmasının 80 illiyi qeyd olunacaq

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Dövlət Film Fondunda tanınmış kinooperator və kinorejissor, Əməkdar İncəsənət Xadimi Rasim İsmayılovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin açılışı da nəzərdə tutulur.

Tədbirdə kinorejissorun sənət fəaliyyətindən, kino mədəniyyəti tarixindəki xidmətləri ilə yanaşı, insani keyfiyyətlərindən də danışılacaq.

Qeyd edək ki, Rasim İsmayılov 1936-cı il iyulun 13-də Bakıda dünyaya göz açıb. 1963-1978-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərən sənətkar 1977-ci ildən etibarən bir neçə bədii filmin quruluşçu rejissoru olub. R.İsmayılov 2004-cü il martın 3-də Bakıda vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.