DÜNYA


Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan sistem hazırlanıb

Bakı, 4 avqust, AZƏRTAC 

Amerikanın “The Walt Disney” şirkətinin mütəxəssisləri tamaşaçıların üz ifadəsinin tanınması texnologiyasını sınaqdan keçiriblər.

AZƏRTAC 360tv.ru saytına istinadla xəbər verir ki, “FVAEs” adlı yeni sistem gülməyə, nəfəs almağa və hətta kədərli üz ifadəsinə reaksiya verir. Texnologiya sensorlarla təchiz edilmiş 4 xüsusi kameranın köməyi ilə tamaşaçıların emosiyalarını tanıyır.

Sistem tamaşaçıların filmin süjetinə uyğun hisslər keçirib-keçirmədiklərini müəyyənləşdirməyə imkan verir. Layihə artıq 150 kinozalda “The Walt Disney”in 9 filminin nümayişi zamanı sınaqdan keçirilib. Kameralar 16 milyondan çox emosiyanı qeydə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.