DÜNYA


Kipr: bir faizlik fərq

Bakı, 12 yanvar, AZƏRTAC

Cenevrədə keçirilən danışıqlarda Kiprin administratıv bölünməsi məsələsi həll olunmamış qalıb – mübahisələr 1 faizin ətrafında gedir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Kiprin yunan və türk icmaları söhbətin vahid ölkənin inzibati bölgüsündən getdiyini qeyd edir. Lakin türk tərəfi ada ərazisinin 29,2 faizinin onlara aid olduğunu hesab etsə də, yunan tərəfinin versiyasına görə, türklərə yalnız 28,2 faiz ərazi ayrılmalıdır.

Türk icmasının nümayəndəsi Barış Borcu mübahisəyə səbəb olan hər iki xəritənin BMT ekspertlərinə göndərildiyini bildirib.

Yeni ərazi bölgüsü BMT nümayəndələrindən başqa, qarant ölkələr - Türkiyə, Yunanıstan və Böyük Britaniya tərəfindən də qiymətləndirilməlidir.

Hazırda türklərin nəzarətində olan bölgə adanın 37 faizini təşkil edir.

Xatırladaq ki, adanın türk və yunan icmalarının rəhbərləri Mustafa Akıncı və Nikos Anastasiadisin iştirakı ilə bazar ertəsi günü Cenevrədə başlayan danışıqlar başa çatıb. Bu gün isə üç qarant ölkənin, həmçinin Avropa İttifaqının iştirakı ilə Kipr üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransda qarant ölkələr xarici işlər nazirləri, Avropa İttifaqı isə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.