ELM VƏ TEXNOLOGİYA


Kiprdə üzərində Roma at yarışları təsvir olunan mozaika tapılıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Arxeoloqlar Kiprdə Qədim Roma imperiyası dövründə keçirilən at yarışlarının dəqiq təsvirləri olan, uzunluğu 10 metr ölçüsündə mozaika aşkar ediblər.

Dördüncü əsrə aid bu abidə Nikosiya ərazisi yaxınlığındakı Akaki kəndində tapılıb. Mozaikada qarşısında dörd atlı olan dörd cəng araba təsvir olunub, atlıların adları göstərilib.

Arxeoloqların fikrincə, bu dörd atlı Romada cıdırda bir-biri ilə yarışıblar. Mozaikada, həmçinin yarışlarda hazırlıq mərhələsi də təsvir edilib. Belə ki, atlının yanında 2 piyadanın (birinin əlində qamçı, digərində isə su ilə dolu qab) şəkli də çəkilib.

Müvafiq istiqamətdə hələ də tədqiqatlarını davam etdirən alimlər iddia edirlər ki, mozaikanın tapıldığı yer hansısa imkanlı romalıya məxsus olub. Tapıntının nadirliyi də ondan ibarətdir ki, ümumiyyətlə antik dövrə aid olan bir çox abidələr əsasən dəniz sahillərində aşkar edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.