DÜNYA
Kiprin yunan və türk icmaları liderlərinin görüşü gözlənilir
Bakı, 4 may, AZƏRTAC
Cənubi Kipr prezidenti Nikos Anastasiadis mayın 11-də kiprli türklərin yeni lideri Mustafa Akıncı ilə görüşəcək. Görüşün təşəbbüskarı BMT baş katibinin xüsusi müşaviri Espen Bart Eydedir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, mayın 4-dən 12-dək adada səfərdə olacaq xüsusi müşavir bu müddət ərzində Kipr probleminin nizamlanması üzrə hərtərəfli danışıqların bərpası məqsədi ilə hər iki liderlə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Problemin nizamlanmasına dair danışıqlar 2014-cü ilin oktyabr ayında Türkiyə Kiprin iqtisadi zonasına seysmik kəşfiyyat aparmaq məqsədi ilə elmi-tədqiqat gəmisi göndərdikdən sonra dayandırılmışdı.
Xatırladaq ki, 1974-cü ildə Kiprin Yunanıstana birləşdirilməsi cəhdlərinin ardından Türkiyə Silahlı Qüvvələri adanın şimalını nəzarət altına almış və nəticədə 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti qurulmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]