İDMAN


Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir

Bakı, 29 iyul, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

AZƏRTAC xəbər verir ki, yığmamız məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcək. Toplanışa 9 boksçu cəlb edilib. Onlardan 5-i mundialda iştirak edəcək idmançılarımızdır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.