İDMAN


Kişi tennisçilərdən ibarət Türkiyə millisi IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Bakı, 15 may, Elvin Camalov, AZƏRTAC

Türkiyə millisi "Bakı-2017"də kişilər arasında tennis yarışının qızıl medalçısı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə ilə Pakistan arasında qızıl medal uğrunda görüş gərgin idman mübarizəsi ilə yadda qalıb. Fərdi görüşlərin ilk oyununda Türkiyə təmsilçisi Anıl Yüksəl rəqibi Məhəmməd Abidi məğlub edib. İkinci oyunda isə türkiyəli Altun Çelikbilek Pakistan yığmasının tennisçisi Aqil Xanı üstələyib. Qalib müəyyənləşdiyi üçün cütlüklərin yarışı keçirilməyib. Görüş Türkiyə yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, kişilərin tennis yarışlarında Türkiyə qızıl, Pakistan gümüş, Özbəkistan isə bürünc medala sahib olublar.

Daha sonra mükafatlandırma mərasimi təşkil olunub. Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadə mükafatları təqdim edib.

Sonda Türkiyənin dövlət himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.