İDMAN
Kişi tennisçilərin fərdi yarışında Türkiyə təmsilçiləri finala vəsiqə qazanıblar
Bakı, 21 may, Elvin Camalov, AZƏRTAC
Mayın 21-də “Bakı-2017”nin tennis yarışlarının onuncu günündə kişilərin fərdi mübarizəsində yarımfinal mərhələsinə yekun vurulub. Yarımfinalda mübarizə aparan türkiyəli tennisçilərin ikisi də finala vəsiqə qazanıblar.
AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi Anıl Yüksəl yarımfinalda qətərli Mübarək Şannan Zayidi məğlub edərək (6:3, 6:2) finala yüksəlib. Digər görüşdə isə Mərakeş təmsilçisi Amin Ahudanı 6:3, 3:6 və 6:3 hesabı ilə mübarizədən kənarlaşdıran Türkiyə tennisçisi Altuğ Çelikbilek növbəti finala vəsiqə qazanıb. Beləliklə, hər iki Türkiyə atleti finalda qarşılaşacaqlar.
“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]