İDMAN


Kişi tennisçilərin fərdi yarışında yarımfinalçılar müəyyənləşib

Bakı, 20 may, Elvin Camalov, AZƏRTAC 

Mayın 20-də “Bakı-2017”nin tennis yarışlarının doqquzunu günündə kişilərin fərdi mübarizəsində dörddəbir final mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, gün ərzində ümumilikdə 12 görüş oynanılıb. Kişilər arasında fərdi yarışlarda dörddəbir final mərhələsinin dörd oyunu keçirilib.

Mərakeş təmsilçisi Amine Ahouda dörddəbir finalda Uqandalı Dunkan Muqabeni məğlub edərək (7:5, 6:3) yarımfinala yüksəlib.

Digər görüşdə isə Özbəkistan təmsilçisi Sergey Fomini 6:3 və 6:2 hesabı ilə mübarizədən kənarlaşdıran Türkiyə tennisçisi Altuğ Çelikbilek növbəti mərhələyə adlayıb.

Yarımfinal mərhələsinə yüksələn növbəti kişi idmançı Türkiyə təmsilçisi Anıl Yüksəl olub. O, yarımfinala vəsiqəni Özbəkistan idmançısı Saidalo Saidkərimov üzərində qələbə (6:4, 6:4) sayəsində təmin edib.

Qətər təmsilçisi Mübarək Şannan Zayid isə dörddəbir finalda Əmirvala Mədənçi (İran) üzərində qələbə qazanaraq (6:4, 4:6, 7:6) dörddəbir finala yüksəlib.

“Bakı-2017”nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.