İDMAN


Kişi voleybolçular arasında Azərbaycan çempionatı davam edir

Bakı, 23 dekabr, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Lokomotiv” komandası “Nəqliyyatçı”nı 3:0, “Neftçi” MOİK-i 3:1, “Naxçıvan” isə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

Hesabında 18 xal olan “Neftçi” turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 16 xalla ikinci, “Naxçıvan” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.