İDMAN


Kişi voleybolçular arasında ölkə çempionatında II dövrənin oyunlarının keçiriləcəyi məkan dəqiqləşib

Bakı, 21 dekabr, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan çempionatının VI-X turunun oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ikinci dövrənin oyunları Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Dövrəyə dekabrın 22-də “Nəqliyyatçı”-“Lokomotiv” oyunu ilə start veriləcək. Altı komandanın iştirakı ilə keçirilən yarışda ikinci dövrəyə dekabrın 26-da yekun vurulacaq.

Xatırladaq ki, ilk beş tur Naxçıvanda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.