İDMAN


Kişi voleybolçular arasında ölkə çempionatının Yüksək Liqasında ikinci dövrənin oyunları Bakıda təşkil olunacaq

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 22-26-da Bakıda kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ikinci dövrənin oyunları keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda 6 komanda – “Nəqliyyatçı”, “Lokomotiv”, “Naxçıvan”, “Sumqayıt”, MOİK və “Neftçi” birincilik uğrunda mübarizə aparır.

Yarışın ilk dövrəsinin oyunları Naxçıvanda təşkil olunub. “Neftçi” komandası ilk dövrəni 15 xalla birinci pillədə başa vurub. “Lokomotiv” 12 xalla ikinci yerdə qərarlaşıb. Hesabında 7 xal olan MOİK və “Naxçıvan” komandaları 3-4-cü pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.