İDMAN


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Almaniya yığması ilə üz-üzə gəlib

Bakı, 26 may, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gəliblər.

Xorvatiyalı baş hakim Milan Raykoviçin idarə etdiyi oyunda Almaniya millisi 3:0 hesablı qələbə qazanıb.

Millimiz ilk oyununda Türkiyə yığması ilə qarşılaşıb və rəqibə 0:3 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.