İDMAN


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Bakı, 26 may, AZƏRTAC

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, voleybolçularımız növbəti oyunda Ukrayna yığması ilə üz-üzə gələcəklər.

Oyunu italiyalı baş hakim Fabrizio Pasquali idarə edəcək. İkinci hakim funksiyasını xorvatiyalı Milan Raykoviç yerinə yetirəcək.

Qrup mərhələsi çərçivəsində millimiz Türkiyə və Almaniya yığmaları ilə qarşılaşıb və rəqiblərinə 0:3 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.