İDMAN
Kişi voleybolçulardan ibarət Bolqarıstan milli komandasının birinci Avropa Oyunları üçün kapitanı müəyyənləşib
Bakı, 29 may, AZƏRTAC
Birinci Avropa Oyunlarında çıxış edəcək kişi voleybolçulardan ibarət Bolqarıstan milli komandasının kapitanı müəyyənləşib.
AZƏRTAC “Bakı-2015”-ə istinadla xəbər verir ki, birinci Avropa Oyunlarının “B” qrupunda Rusiya, İtaliya, Almaniya, Belçika və Slovakiya ilə yanaşı, Bolqarıstan komandası da mübarizə aparacaq. Bolqarıstanın millisinin məşqçisi Nikolay Zelyazkov komandasına kapitan kimi Todor Aleksiyevi dəvət edib. Otuz iki yaşlı T.Aleksiyev 2006-cı ildə dünya çempionatında, bir il sonra dünya kuboku yarışlarında, 2009-cu ildə isə qitə birinciliyində Bolqarıstan komandasının tərkibində bürünc medal qazanıb. O, həmçinin 2012-ci ildə keçirilən Dünya Liqasında “Ən yaxşı hücumçu” və “Ən yaxşı müdafiəçi” seçilib.
Voleybolçu 2006-cı ildən etibarən Bolqarıstan milli komandasında çıxış edir. O, 2014-cü ildə dünya çempionatında Bolqarıstan millisinin kapitanı olub.