CƏMİYYƏT


“Kişi xoşbəxtliyi” hesab edilən antiriumun ürəkşəkilli yarpaqları

Bakı, 3 iyul, AZƏRTAC

Antirium çox şıltaq və bahalı dekorativ otaq bitkisidir. Onu bəzən “odlu dil” və ya “flaminqo gülü” adlandırırlar. Cənubi və Mərkəzi Amerikanın tropik əraziləri bitkinin vətəni hesab olunur.

AZƏRTAC xəbər verir ki, digər tropik bitkilər kimi, antirium da xüsusi şərait və qulluq tələb edir.

Bitkinin adı yunan dilindən tərcümədə “antos” gül, çiçək, “yre” isə quyruq deməkdir. Bəzi xalqlarda onu “kişi xoşbəxtliyi” də adlandırırlar. Zərifliyinə görə, floristikada ondan hədiyyələrin bəzədilməsində istifadə olunur. Antirium güldanda suyun içərisində dörd həftəyə qədər təravətli qalır. Bitki əhvali-ruhiyyəyə təsir edərək gücü artırır, yorğunluğu azaldır və gümrahlıq bəxş edir.

Onun tünd-yaşıl rəngdə sərt yarpaqları ürək və ox şəklində olur, demək olar ki, il uzunu çiçəkləyir. Çiçəklərinin özünəməxsusu özəlliyi və qəribə forması var. Rəngləri qırmızı, ağ və ləkəli olur. Otaq şəraitində onun ömrü iki-üç ildən bir qədər artıq olur, sonra yarpaqlarını tökməyə başlayır.

Antiriumun çox sortu olsa da, onların hamısını otaqda yetişdirmək mümkün deyil. Bitkiyə yaxşı qullu göstərəndə yazdan yaya qədər çiçəkləyir. İstiliksevən bitkilərə aid olan antirium təzə, təmiz havanı çox sevir, rütubətdən xoşu gəlmir, işıqlı yerlərdə özünü yaxşı hiss edir.

Kolumbiyanın tropik rayonlarında antiriumun çiçəklərini əsl “bal ayı” rəmzi hesab edirlər. Yerli əhalinin inancına görə, bitki yeni ailə quranlar xoşbəxtlik gətirir. Ailə həyatının ilk ayında evi antiriumla bəzəmək və onu otaqda saxlamaq düşərli hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.