İDMAN


Kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışında Fransa millisi qalib gəlib

Bakı, 31 iyul, AZƏRTAC 

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçmada komanda yarışında Fransa millisi 3472 xal toplayaraq qalib gəlib.

AZƏRTAC xəbər verir ki, qızıl medalı Fransa yığmasına Raynaud Alexis, Sauveplane Alerian və Graff Cyril qazandırıblar.

İkinci yeri 3461 xalla İsveçrə millisi tutub. Gümüş medalı İsveçrə komandasının heyətində Andrea Rossi, Jan Loçbihler, Dfaux Gilles Vincent təmin ediblər.

Yarışın üçüncüsü isə 3458 xalla Avstriya millisi olub. Avstriya yığmasının heyətində bu uğura Rumpler Gernot, Pikl Bernhard və Stefan Rumpler imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.