İDMAN


Kişilər arasında tennis üzrə cütlüklərin mübarizəsində İordaniya və Özbəkistan təmsilçiləri qalib gəliblər

Bakı, 16 may, Elvin Camalov, AZƏRTAC

Mayın 16-da kişi tennisçilərin yarışında cütlüklərin mübarizəsində iki qarşılaşma oynanılıb.

AZƏRTAC xəbər verir ki, ilk görüşdə Uqanda və İordaniya təmsilçiləri üz-üzə gəliblər. İordaniyanı təmsil edən Musa Alkotop-Hamzeh Al Asvad duet Dunkan Muqabe-Devid Orinqa cütlüyünə hər iki setdə qalib gəlib – 6:4 və 6:3.

Digər oyun Özbəkistanı və Səudiyyə Ərəbistanını təmsil edən duetlər arasında keçirilib. Özbəkistanın Amal Sultanbekov-Səidalo Səidkərimov dueti Fahad Al Saad-Saud Al Haqbani cütlüyü ilə görüşdən qalib ayrılıb - 6:4, 6:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.