İDMAN


Kişilər arasında voleybol üzrə İran yığması finala yüksələn ilk komanda olub

Bakı, 20 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışının ilk finalçısı İran millisi olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində Türkiyə yığması ilə qarşılaşan iranlı voleybolçular çətin oyundan 3:2 hesablı qələbə ilə ayrılıblar. Matçın birinci hissəsini Türkiyə millisi öz xeyrinə bitirib - 25:18. Lakin ikinci setdə iranlı voleybolçular 25:21 hesabı ilə qalib gələrək hesabı bərabərləşdiriblər. Qarşılaşmanın üçüncü hissəsində Türkiyə yığması yenidən hesabda irəli çıxıb - 25:23. Dördüncü setdə İran komandası 25:21 hesabı ilə üstün olub. Gərgin və maraqlı keçən beşinci setdə daha dəqiq oynayan İran təmsilçiləri rəqiblərini 20:18 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Finala vəsiqə uğrunda digər oyunda Azərbaycan və Əlcəzair milliləri yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.