İDMAN


Kişilərin fərdi tennis yarışlarında Altuğ Çelikbilek qızıl medalı aktivinə yazdırıb

Bakı, 22 may, Elvin Camalov, AZƏRTAC 

Mayın 22-də İslamiadanın tennis yarışlarında kişilər arasında fərdi mübarizə başa çatıb.

AZƏRTAC xəbər verir ki, türkiyəli tennisçilərin üz-üzə gəldiyi final görüşündə qızıl medala Altuğ Çelikbilek sahib olub. A.Çelikbilek rəqibi Anıl Yüksələ 6:4 və 6:4 hesabı ilə qalib gələrək çempion adına layiq görülüb.

Üçüncü yer uğrunda görüşdə isə Qətər tennisçisi Zayid Mübarək Şannan Mərakeş təmsilçisi Amin Ahuda üzərində qələbə qazanaraq bürünc medalı aktivinə yazdırıb. İlk setdə 6:0 məğlub olan Oman tennisçisi ikinci setdə zədələnərək oyunu davam etdirə bilməyib.

Qalib idmançılara medalları Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadə mükafatları təqdim edib.

Sonda Türkiyənin dövlət himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.