SİYASƏT


Kişineuda MDB ölkələrinin Geodeziya və Kartoqrafiya üzrə Dövlətlərarası Şurasının sessiyası keçiriləcək

A+ A

Kişineu, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 18-19-da Moldovanın paytaxtında MDB-nin iştirakçısı olan ölkələrin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin Məsafədən Zondlaşdırılması üzrə Dövlətlərarası Şurasının XXXVIII sessiyası keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.

Əvvəlki sessiyanın qərarlarının yerinə yetirilməsi gedişini qiymətləndirən Şura üzvləri geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlaşdırılması sahəsində mütəxəssislərin ixtisasının artırılması sahəsində əməkdaşlığa dair Saziş layihəsi haqqında təhsil üzrə işçi qrupunun informasiyasını dinləyəcək və müzakirə edəcəklər.

Sonra MDB ölkələrinin məkan məlumatlarının infrastrukturunun yaradılması konsepsiyasının işlənib hazırlanması üzrə işçi qrupu müvafiq təcrübi layihənin icrası ilə bağlı tədbirlər haqqında Şura üzvlərinə məlumat verəcək, naviqasiya üzrə işçi qrupu öz fəaliyyəti barədə hesabat təqdim edəcək.

İclasda kartoqrafiya və geodeziya fondlarının materiallarının analoq formasından rəqəmsal formaya salınması haqqında əsas müddəaların və Birlik ölkələrinin dövlət sərhədlərinin delimitasiyasının keçirilməsinin texniki təminatı haqqında Əsasnamə layihəsinin işlənib hazırlanması haqqında məsələləri müzakirə etmək planlaşdırılır.

MDB ölkələrinin coğrafi adlarına dəyişikliklərin Elektron bülleteninin modernləşdirilməsinə dair işlərə də yekun vurulacaq.

Müzakirə edilən bütün məsələlərə dair müvafiq qərarlar qəbul etmək planlaşdırılır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.