İQTİSADİYYAT
Kişinyovda ilk Moldova-Türkiyə-Azərbaycan biznes forumu keçirilib
Bakı, 17 fevral, AZƏRTAC
Kişinyovda Türkiyənin Moldovadakı səfirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Moldova-Türkiyə-Azərbaycan biznes forumu keçirilib.
Biznes-forum Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyətinin Moldova Respublikasına səfəri çərçivəsində baş tutub.
ATİB-dən AZƏRTAC-a bildirilib ki, ATİB İdarə Heyətinin sədri Cemal Yangın forumda rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
İdarə Heyətinin sədri ATİB-in Moldova iş adamlarını birləşdirən qurumlarla daha yaxın əməkdaşlıqda maraqlı olduğunu və bunun region əhalisinin rifahının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyinə əminliyini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]