CƏMİYYƏT


Kitabxana “İrbis 64” layihəsi ilə dünyaya çıxış imkanı əldə edib

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Tibb Universiteti zəngin kitabxanaya malikdir. Bunu kitabxanadakı ədəbiyyatın sayı və müxtəlif bölmələri əhatə etməsi də sübut edir. AZƏRTAC universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda 687 minə yaxın dərslik və elmi ədəbiyyat saxlanılan kitabxananın 7 şöbəsində 58 nəfərdən ibarət peşəkar heyət çalışır.

Fonddakı nəşrlər tibbi kadrların zəruri biliklər əldə etməsində böyük rol oynayır. Lakin əsaslı kitabxanadan təkcə tələbələr yox, eyni zamanda, müəllim və tədqiqatçılar da istifadə edirlər. Kitabxanaya üzv olan 11 minə yaxın oxucudan 8271 nəfərini tələbələr təşkil edir. Onun nəzdində müəllimlər üçün ayrıca oxu zalı və elmi ədəbiyyat fondu da var.

Tibb Universitetinin əsaslı kitabxanasında unikal bir layihə fəaliyyət göstərir. Virtual oxu zalında dünyanın ən tanınmış kitabxanalarında olan ədəbiyyata çıxış əldə etmək mümkündür. Direktor Ziyafət Eminova deyib: “Kitabxananın dünya informasiya məkanına daxil olmasını, dünya standartlarına uyğun elektron formaya keçidini, elektron kataloqların yaradılması və cəmiyyətin inkişafına birbaşa təsir göstərən elektron mənbələrə çıxışı təmin etmək məqsədilə 2010-cu ildə “İrbis 64” adlı kitabxana layihəsi almışıq. Virtual oxu zalındakı 9 kompüter vasitəsilə oxucular internetə qoşularaq istədikləri məlumatı əldə edə bilirlər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.