ELM VƏ TƏHSİL


Kitabxana əməkdaşları kataloqlaşdırma modullarındakı yeniliklər barədə təlimatlandırılıb

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitabxananın elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova kataloqlaşdırma modullarında edilən yeniliklərdən, Milli Rəqəmsal Yaddaşda iş sisteminin xüsusiyyətlərindən bəhs edib. Milli Rəqəmsal Yaddaşa daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib, dəqiqliyin vacib şərt olduğunu vurğulayıb.

Sonra seçilmiş sənədlərin Milli Rəqəmsal Yaddaşa daxil edilməsi ilə bağlı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub.

Kitabxanada 2016-cı ilin sonlarından həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsində əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.