REGİONLAR
Kitabxana xidməti uşaqların zehni inkişafında böyük rol oynayır
Ağcabədi, 10 sentyabr, AZƏRTAC
Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mədəniyyət və Turizm Nazirliyinin “Açıq kitabxana”, “Mütaliə həftəsi”, “Səyyar xidmət” layihələri çərçivəsində silsilə tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, növbəti “səyyar xidmət” imkansız və əlil uşaqlar üçün yaradılmış Günərzi Qayğı Mərkəzində və 2 saylı körpələr evi-uşaq bağçasında təşkil edilib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Təranə Məmmədova bildirib ki, Günərzi Qayğı Mərkəzində əqli cəhətdən geri qalmış, görmə və nitq qüsurlu, daun sindromlu, iflic və sair xəstəlikləri olan uşaqlar üçün mütəmadi olaraq kitabxana xidməti göstərilir, ucadan oxular, kompyuter vasitəsilə səsli nağıllar nümayiş etdirilir. Keçirilən tədbirlər uşaqların zehni inkişafında böyük rol oynayır və balacalar tərəfindən böyük sevinclə qarşılanır.
“Səyyar xidmət” uşaqların marağına səbəb olub.