MƏDƏNİYYƏT


Kitabxanada “Bir qəlbin qələmə etirafları” adlı tədbir keçirilib

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Bir qəlbin qələmə etirafları” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir istedadlı şair, yazıçı, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin imza gününə həsr olunub. Kitabxananın direktoru Oruc Quliyev belə görüşlərin gənc nəslin təlim-tərbiyəsində, mədəni inkişafında və şəxsiyyət kimi formalaşmasında rolunu vurğulayıb.

Tədbirdə İlqar Fəhminin həyat və yaradıcılığı haqqında məlumat verilib, videoslaydlar nümayiş olunub. İlqar Fəhminin “Dəfnə ağacı”, “Aktrisa”, “Sən olmasaydın” əsərlərinin motivləri əsasında dövlət sifarişi ilə çəkilmiş tammetrajlı bədii filmlərin rejissoru Pərviz Seyidli onun yaratdığı obrazları təhlil edib, əsərləri haqqında fikirlər söyləyib.

Sonda İlqar Fəhmi tədbir iştirakçılarının suallarını cavablandırıb, yeni şeirlərini oxuyub, öz kitablarını Xətai rayon MKS-nin mərkəzi kitabxanasına və oxuculara hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.