MƏDƏNİYYƏT


Kitabxanada “Qabil - böyük şair, maraqlı şəxsiyyət” adlı tədbir təşkil olunub

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında Xalq Şairi Qabilin anadan olmasının 90 illiyi münasibətilə “Qabil - böyük şair, maraqlı şəxsiyyət” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə şairin sağlığında səsləndirdiyi şeirlərindən ibarət videoçarx nümayiş olunub.

Çıxışlarda Qabilin həyat və yaradıcılığı haqında qonaqlara məlumat verilərək onun Azərbaycan poeziya tarixindəki xidmətlərindən söz açılıb.

Qeyd olunub ki, Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə, onun parlaq səhifələrindən birini təşkil edir. Fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair, ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yarada bilib.

Şairin milli ədəbi irsimizin ənənələrindən qaynaqlanan və müasir ədəbi prosesləri özündə əks etdirən, lirizmi və humanizmi ilə səciyyələnən şeirləri Azərbaycan oxucusu tərəfindən həmişə rəğbətlə, sevilə-sevilə oxunub, bu gün də oxunur.

Daha sonra kitabxananın oxucuları tərəfindən şairin şeirləri səsləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.