MƏDƏNİYYƏT


Kitabxanada yazıçı ilə görüş keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail MKS-nin 1 saylı filialında yazıçı-jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü Varis Yolçuyevlə görüş keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə Səbail MKS-nin 1 saylı filialının müdiri Gülşən Abbasova açaraq qonaqlara yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Varis Yolçuyev oxucu rəğbətini qazanan romanları təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da sevilərək oxunmaqdadır. Yazıçının “Bir ovuc torpaq”, “Sənə inanıram” romanları əsasında çoxseriyalı televiziya filmləri çəkilib.

Vurğulanıb ki, yazıçının beynəlxalq miqyaslı uğurları davam etməkdədir. Varis Yolçuyevin Fransanın “L`Autographe” (“Avtoqraf”) almanaxına daxil edilmiş “İyirmi bir” adlı hekayəsinə görə Antuan de Sent Ekzüperi medalının nominantı elan olunaraq “Antuan de Sent Ekzüperi diplomu”na layiq görüldüyünü qeyd edən G.Abbasova bu münasibətlə yazıçını təbrik edib.

Daha sonra yazıçı yaradıcılığı və əsərləri barədə geniş məlumat verərək iştirakçıların suallarını cavablandırıb.

Tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.