ELM VƏ TEXNOLOGİYA


Kitabxanalar elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynayır

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxanada bir gün” adlı tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, MEK-in direktoru Leyla İmanova kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov fondun kitab və kitabxanalarla bağlı gördüyü işlərdən, keçirilən tədbirlərdən danışıb.

Tədbirdə “Nadir kitab fondu”nda mühafizə olunan "Miniatür kitab kolleksiyası" təqdim edilib.

Sonra fondun təşəbbüsü və dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq nəşr edilən “Azərbaycan nağılları” toplusu barədə məlumat verilib. Bildirilib ki, nağıllar Bilik Fondunda təcrübə keçən ali məktəb tələbələri tərəfindən tərcümə olunub və nağıllara illüstrasiyaları da balaca rəssamlar çəkiblər.

Daha sonra sentyabr-oktyabr aylarında kitabxanaya daxil olan yeni sənədlərin təqdimatı keçirilib.

Sonda bir qrup kitabxanaçıya Bilik Fondu tərəfindən təşəkkürnamə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.