MƏDƏNİYYƏT


Kiyev meri: “Eurovision-2017” mahnı müsabiqəsinə 60 mindən çox bilet satılıb

Bakı, 14 may, AZƏRTAC

Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinə ümumilikdə 60 mindən çox bilet satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

V.Kliçko bildirib ki, mahnı müsabiqəsi zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, “Eurovision-2017” mahnı müsabiqəsini təxminən 230 milyon insan izləyib. Bu isə Kiyev şəhərinin tanıdılmasında, onun inkişafında müstəsna rol oynayacaq.

Kiyev meri vurğulayıb ki, mahnı müsabiqəsində iştirak etmək üçün 60 min qonaq şəhərə təşrif buyurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.