MƏDƏNİYYƏT


Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb

Bakı, 11 may, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.

AZƏRTAC xəbər verir ki, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Hollandiya, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış edirlər.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.