SİYASƏT
Kiyevdə kibertəhlükəsizlik məsələləri müzakirə edilib
Kiyev, 22 dekabr, AZƏRTAC
Kiyevdə, GUAM Katibliyində kibertəhlükəsizlik üzrə işçi qrupunun birinci iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Ukrayna paytaxtındakı qərargahından məlumat verilib.
İkigünlük müşavirədə GUAM-ın üzvü olan bütün ölkələrin nümayəndələri iştirak ediblər.
Tərəflər kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı məsələlərin geniş spektrini, o cümlədən milli qanunvericiliyi, operativ vəziyyəti müzakirə edib, habelə həmin sahədə informasiya mübadiləsi aparıblar.
İşçi qrupunun növbəti iclası da 2015-ci ilin aprelində Ukrayna paytaxtında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev