DÜNYA


Kiyevdə orta məktəb ərazisində İkinci Dünya müharibəsinə aid mina tapılıb

Kiyev, 10 iyul, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə orta məktəblərin birinin ərazisində İkinci Dünya müharibəsinə aid MM-81 minası tapılıb.

AZƏRTAC-ın məlumatına görə, Kiyevin Solomenskiy rayonu ərazisindəki orta məktəbinin həyətində tapılan mina zərərsizləşdirilib. Mina məktəb ərazisində qazma işləri aparılarkən aşkarlanıb.

Qeyd edək ki, son 6 ay ərzində Kiyevdə İkinci Dünya müharibəsinə aid olan 514 partlayıcı silah-sursat aşkar edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.