DÜNYA
Kiyevin ən böyük ali məktəbinə görkəmli aviakonstruktor İqor Sikorskinin adı verilib
Kiyev, 26 avqust AZƏRTAC
“Kiyev Politexnik İnstitutu” Ukrayna Milli Texniki Universiteti (UMTU “KPİ”) bundan sonra həmin ali məktəbin keçmiş tələbəsi, XX əsrin görkəmli aviakonstruktoru İqor Sikorskinin adını daşıyacaq.
AZƏRTAC bu təhsil müəssisəsinin mətbuat xidmətinə istinadla bildirir ki, bundan sonra həmin ali məktəbin tam adı “İqor Sikorski adına Kiyev Politexnik İnstitutu” Ukrayna Milli Texniki Universiteti olacaq.
Məşhur “Times Higher Education World University Rankings” reytinq agentliyi UMTU “KPİ”nin adını sənaye təşkilatları ilə çox fəal əməkdaşlıq edən ali məktəblərin siyahısına daxil edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]