MƏDƏNİYYƏT


Klassik musiqi həvəskarlarına hədiyyə

Bakı, 2 avqust, AZƏRTAC

Sentyabr ayında tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və bolqar gitaraçı Stanislav Hvartçilkovun “First Hand Records” şirkəti tərəfindən birgə “Karnaval” albomu buraxılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Nəzrin Rəşidovanın, eləcə də “First Hand Records” şirkətinin rəsmi saytlarında yer alıb. Albomda İ.S.Bax, V.A.Motsart, J.Bize, E.Elqar, Y.Halvorsenin əsərləri yer alacaq. Əsərlər yeni aranjemanda təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.