SİYASƏT


Klaypeda şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd edilib

A+ A

Klaypeda, 19 oktyabr, AZƏRTAC

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan icmasının üzvləri respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Doğma Vətənim” adlı tədbir keçiriblər.

Azərbaycanın dövlət bayramı şərəfinə təntənəli tədbirin keçirildiyi Milli Mədəniyyətlər Mərkəzinin zalına müxtəlif millətlərin nümayəndələri toplaşıblar.

Rusiya Federasiyasının Klaypeda şəhərində baş konsulu Aleksandr Qraçyov, Litva Seyminin üzvü İrina Rozova, şəhər meri Vitautas Qrublyauskasın adından Simonas Qentvilas, Şəhər Şurasının üzvü Liliya Petraytene, Belarusun Klapeydada fəxri konsulu Nikolay Loqvin, yəhudi icmasının sədri Feliksas Puzemskis, tatar icmasının sədri İlfir Qibadulin, “Rodina” Ukrayna Mərkəzindən Lidia Triqub, Milli Mədəniyyətlər Mərkəzindən layihələr rəhbəri Tatyana Kononova və başqaları “Azəris” icmasını təbrik ediblər. Qonaqlar Azərbaycanın müstəqillik illərində qazandığı uğurları vurğulayaraq ölkəmizə və xalqımıza əmin-amanlıq, səadət və rifah arzulayıblar.

“Azəris” icmasının sədri Əliağa Məmmədov təbriklərə və bayram tədbirində iştiraka görə təşəkkürünü bildirərək hamını Azərbaycanın tarixi, dövlətin qurulması, ölkənin inkişafı haqqında filmə baxmağa dəvət edib.

Sonra Azərbaycan bazar günü məktəbinin şagirdləri Elmira və Aysu İsgəndərova bacıları ölkəmiz haqqında rus və Azərbaycan dillərində şeirlər söyləyiblər. Rəna Məmmədovanın rəhbərlik etdiyi bu məktəbin şagirdləri çoxsaylı təbriklərini səsləndiriblər.

Bayram tədbirində S.Şimkus adına Konservatoriyadan gənc musiqiçilər triosu çıxış edib. Rafael Rəsulov “Dalğaların pıçıltısı” kompozisiyasını tarda səsləndirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Klaypeda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.