CƏMİYYƏT


Kliniki Tibbi Mərkəzdə doqquz ayda 19 minə qədər xəstə stasionar müalicə alıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində bu ilin yanvar-sentyabr ayları ərzində 18 686 xəstə stasionar müalicə alıb. Bu müddət ərzində mərkəzdə 1685 doğuş olub.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 13-də Kliniki Tibbi Mərkəzin 9 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib.

Mərkəzin rəhbəri, professor Ədalət Dadaşov bildirib ki, doqquz ayda cərrahiyyə şöbələrinə 5650 xəstə daxil olub. Hesabat dövrü ərzində 3580 xəstədə cərrahiyyə əməliyyatı aparılıb. Ə.Dadaşov diqqətə çatdırıb ki, yanvar-sentyabr ayları ərzində 9829 xəstə mərkəzin terapevtik şöbələrində stasionar müalicə alıb. Bununla yanaşı, xəstəxanaya 3710 nəfər müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib. Eyni zamanda, doqquz ayda mərkəzin hemodializ şöbəsinə 196 xəstə daxil olub. O qeyd edib ki, bir il ərzində təxminən 70-80 min insan mərkəzə müraciət edir, bu da əvvəlki illərlə müqayisədə azalma deməkdir. Onun sözlərinə görə, mərkəzdə 17 profil üzrə 27 stasionar və bir neçə yardımçı şöbə fəaliyyət göstərir.

Tədbirdə bildirilib ki, səhiyyə sahəsində həyata keçirilən köklü islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, kadrların ixtisas səviyyəsinin daha da artırılmasıdır. Digər səhiyyə ocaqlarında olduğu kimi, paytaxtın aparıcı səhiyyə müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəzdə də bununla bağlı zəruri tədbirlər həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.