DÜNYA


Klinton və Trampın ikinci teledebatı ilə bağlı Twitterdə 27 milyon məlumat yer alıb VİDEO

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

ABŞ prezidenti postuna namizədlər Donald Tramp və Hillari Klinton arasında teledebatların Vaşinqton Universitetində (Missuri ştatı) keçirilən ikinci raundu Twitterin tarixində bu qəbildən olan tədbirlərin müzakirəsində özünəməxsus rekord müəyyənləşdirib. Teledebatın gedişində və sonra həmin sosial şəbəkədə 27 milyondan çox məlumat dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, indiyədək heç bir debat Twitter istifadəçiləri arasında bu qədər maraq doğurmayıb. Ən çox isə milyarderin qadınların ünvanına işlətdiyi təhqiramiz ifadələrlə bağlı yaranmış qalmaqal və Trampın teledebatın gedişində üzrxahlıq etməsi müzakirə olunub.

Bununla yanaşı, Donald Trampın öz həmkarı, vitse- prezidentliyə namizəd Maykl Pensin Suriya məsələsinə yanaşması ilə razılaşmaması, özünün centlmen olması barədə dedikləri, habelə Klintonu həbsxana ilə hədələməsi debatın qızğın müzakirə doğuran məqamları sırasında olub.

Tramp və Klinton arasında teledebatların üçüncü və sonuncu raundu oktyabrın 19-da Las-Veqasda (Nevada ştatı) keçiriləcək.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.