DÜNYA


Klintonun seçki qərargahına göndərilən məktubdakı toz təhlükəsiz çıxıb

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

İlkin nəticələrə görə, ABŞ prezidenti postuna namizəd Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsinin təxliyəsinə səbəb olan məktubdakı tozun tərkibində təhlükəli maddələr yoxdur.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, oktyabrın 21-də Klintonun seçki qərargahının Bruklin şöbəsi məktubda aşkarlanan şübhəli tozla əlaqədar təxliyə olunub. Telekanalın məlumatına əsasən, məktub əvvəlcə namizədin Manhettendəki ofisinə göndərilib. Məktubun orada açıldıqdan sonra nəyə görə Nyu-Yorkun digər hissəsinə - Bruklinə yola salındığı məlum deyil.

Nyu-York polisi araşdırmalara başlayıb. Təhqiqata ABŞ-ın Məxfi Xidməti və Fövqəladə Vəziyyətlər üzrə Xidmətinin də qoşulduğu bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.