DÜNYA


Klod Monenin “Ot tayası” rəsmi hərracda 81 milyon dollara satılıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

“Christie’s” satış evi yeni rekord müəyyən edib. Klod Monenin 1891-ci ildə çəkdiyi “Ot tayası” rəsmi 81 milyon dollara satılıb. Bu, dahi impressionistin ən bahalı əsəridir.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Mone ot tayalarının təsvir olunduğu təxminən 30 əsərin müəllifidir. “Christie’s” hərracında rekord qiymətə satılan nümunə onların arasında ən erkən çəkilmiş rəngarəng rəsmlərdən biri sayılır.

Satış evinin nümayəndəsi Konor Cordan dahi rəssam Klod Monenin əsərlərinin muzey ekspozisiyalarında saxlanıldığını, hərraca çıxarılan əsərin isə şəxsi kolleksiyadakı nadir istisnalardan biri olduğunu qeyd edib.

Hərracda qeydə alınan daha bir rekord isə Vasili Kandinskinin 23 milyon 300 min dollara satılan “Sərt-elastik” adlı rəsm əsərinə aiddir. 1935-ci ildə çəkilən bu əsər uzun müddət Amerika muzeylərindən birində saxlanılıb. Ekspertlər onu unikal sənət nümunəsi adlandırırlar. Belə ki, Kadinski rəsmi çəkərkən boyalara qum qataraq eksperiment aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.