CƏMİYYƏT


Kolleclərə qəbul olunanların təhsil müəssisələrində qeydiyyatı davam edir VİDEO

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar iyulun 29-da saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, iyulun 27-nə saat 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olunan 8.922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.