ELM VƏ TƏHSİL
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
Bakı, 8 iyul, AZƏRTAC
Ümumi orta (9 illik) təhsil bazası üzrə orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni https://eservices.tqdk.gov.az/erizetex/qabiliyyetbv/?frm=egov linkindən çap edib götürə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbul (buraxılış) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər. Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçən abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. Qabiliyyət imtahanları TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri barədə “Abituriyent” jurnalının üçüncü nömrəsində ətraflı məlumat verilib.