CƏMİYYƏT


Köln Yeparxiyasının mətbu orqanı Roma Papasının Azərbaycana səfərinin önəmindən bəhs edir

A+ A

Berlin, 3 oktyabr, AZƏRTAC

Almaniyanın Köln Yeparxiyasının mətbu orqanı - Domradio.de xəbər saytında Roma Papasının Azərbaycana səfərindən bəhs edən “Qafqazda ikinci dəfə” adlı məqalə yayılıb.

Məqalədə bildirilir ki, ABŞ və Kubanın yaxınlaşmasında əldə etdiyi diplomatik uğurdan sonra Roma Papası siyasi vasitəçi nüfuzu qazanıb. Papanın eyni uğuru Qafqazda qazanması daha böyük sensasiya olar. Qafqaz regionu təkcə siyasi deyil, həmçinin mədəni və dini təzadlarla doludur. Gürcüstan və Ermənistanda milli pravoslav kilsələr dominantlıq etdiyi halda, Azərbaycan müsəlman ölkəsidir. Papanın Qafqaza səfəri zamanı ermənilər hətta onun yanında belə dialoqa hazırlıq nümayiş etdirməmişdilər.

Vurğulanır ki, Papanın Azərbaycana səfəri çərçivəsində dinlərarası dialoq, xüsusilə İslam dini ilə dialoq əsas yer tutur. Papanın səfər müddətində Bakıda məscidə getməsi onun İstanbuldakı Göy Məscidi və Mərkəzi Afrika Respublikasında bir məscidi ziyarət etməsindən sonra üçüncü belə haldır.

Məqalədə, həmçinin Vatikanın Azərbaycanla xüsusi mədəni-siyasi münasibətlərinin olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Marçellinio və Pietro katakombalarının bərpa edildiyi vurğulanır. Oxucuların diqqətinə çatdırılır ki, tarixdə ilk dəfədir müsəlman ölkəsində yerləşən bir Fond xristian abidəsinin bərpasına dəstək verib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.