CƏMİYYƏT


Kölndə Respublika Günü münasibətilə tədbir keçirilib

Berlin, 29 may, AZƏRTAC

May 29-da Almaniyanın Köln şəhərində EFİZ-Avropa Əməkdaşlıq Forumunun və “Qalereya Art kafe - Art Haus”un birgə təşəbbüsü ilə bayram tədbiri keçirilib.

Tədbirin əvvəlində “Qalerie Art kafe — Art Haus”un rəhbəri Cavid Xanlarov və EFİZ-in sədri Samirə Patser-İsmayılova qonaqları Respublika günü münasibətilə təbrik ediblər.

28 May - Respublika Gününə həsr edilmiş tədbirin qonağı Almaniya Bundestaqının keçmiş üzvü, Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub olub. Tədbiri Avropa Əməkdaşlıq Forumunun sədri, AAK—nın fəxri prezidenti Samirə Patser-İsmayılova açaraq bu tarixi günün əhəmiyyətindən ətraflı bəhs edib. Qısa vaxt ərazində Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdən danışıb. O, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini bərpa etdiyini deyib. Forumun sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda aparılan islahatlardan, əldə olunan uğurlardan ətraflı bəhs edib.

Bundestaqın sabiq üzvü Helqa Daub çıxışda Azərbaycanın Şərq ilə Qərb arasında oynadığı körpü rolundan, qədim mədəni sərvətlərin Vətəni olmasından, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən söhbət açıb.

Tədbirin bədii hissəsində Samirə Patser-İsmayılova Azərbaycanın musiqi tarixi və professional musiqinin banisi Üzeyir Hacibəylinin yaradıcılığı haqqında məlumat verib.

Musiqi proqramında Almaniyada təhsil alan pianoçu Toğrul Hüseynlinin parlaq çıxışı maraqla qarşılanıb.

Tədbir çərçivəsində Almaniyada yaşayan əslən Azərbaycandan olan rəssamların sərgisi nümayiş etdirilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.