DÜNYA
Kölndə ikinci dünya müharibəsi dövründən qalan bomba tapılıb
Bakı, 28 avqust, Elşad Qəzvini, AZƏRTAC
Almaniyanın Köln şəhərində, Reyn çayı sahilində inşaat işləri zamanı ikinci dünya müharibəsi dövründən qalan bomba tapılıb.
AZƏRTAC “DPA” informasiya agentliyinə istinadla xəbər verir ki, tapılan partlayıcının bir ton çəkisi olub. Təhlükəsizlik məqsədilə ərazidə yaşayan minlərlə sakin və hotellərdə olan turistlər təxliyə edilib. Çay üzərindən keçən körpü müvəqqəti olaraq bağlanılıb. Partlayışdan ehtiyatlanan polis tərəfindən nəqliyyatın hərəkətinə də məhdudiyyət qoyulub.
Ekspertlər müəyyən ediblər ki, ikinci dünya müharibəsindən qalan bu bomba amerikanlara aiddir.
Ərazidən çıxarılan bomba zərərsizləşdirilib.
Bundan əvvəl də cari il ərzində Almaniyada ikinci dünya müharibəsi dövrünə aid üç bomba aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]