DÜNYA


Kolorado ştatının müəllimləri məktəbdə silah gəzdirəcəklər

Vaşinqton, 22 iyun, AZƏRTAC

ABŞ-ın Kolorado ştatının müəllimləri odlu silahdan istifadə etməyi öyrənməyə başlayıblar. Məktəbin odlu silahla hücuma məruz qalacağı təqdirdə cinayətkara cavab atəşi açmağı bacarmaları üçün ştatın məktəblərində onların odlu silah gəzdirmələrinə icazə verilib. Son illərdə ABŞ məktəblərində kütləvi qətllərin sayı artıb.

Kolorado ştatının Ueld dairəsinin 17 müəllimi və əməkdaşı bu həftə mühafizəkar yönümlü “Koloradalılar vətəndaş azadlıqları uğrunda” təşkilatı tərəfindən təşkil edilmiş üçgünlük kurslarda iştirak edir. “Müəllimlər və inzibatçılar üçün təhlükəsizlik və çevik reaksiya məsələləri üzrə təlim” (FASTER) kursları Konnektikut ştatının Nyutaun şəhərində Sendi Huk məktəbində 20 uşağın və altı məktəb əməkdaşının ölümü ilə nəticələnən kütləvi qətldən sonra yaradılıb. Kursların proqramına təhlükəsizlik və silahdan istifadə, habelə fövqəladə hallara reaksiya və şagirdlər üçün təhlükənin aradan qaldırılması üzrə dərslər daxildir.

Kolorado ştatının qanunvericiliyinə görə, məktəb əməkdaşları rəsmi icazələri olduğu halda gizli şəkildə silah gəzdirə bilərlər və təhsil ocağının hüdudları çərçivəsində təhlükəsizlik xidməti əməkdaşlarının rolunu icra edə bilərlər. Bu həftə kurslarda iştirak edənlərin çoxu ştatın polisin 30-45 dəqiqədən tez gedib çata bilmədiyi kənd yerlərində çalışır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.