SİYASƏT


Kolumbiya Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələdə Azərbaycanla həmrəydir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ziyafət Əsgərov V Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası münasibətlərin dərinləşməsinə münbit şərait yaratdığını vurğulayıb, beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə və Kolumbiya senatında Xocalı soyqırımı barədə qəbul olunmuş qərara görə Kolumbiya dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir. Bu məsələlər Forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar.

Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.

Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendes ölkəsinin V Bakı Beynəlxalq Humanitar Foruma dəvət olunmasına görə təşəkkürünü vurğulayıb. Diqqətə çatdırıb ki, Kolumbiyada Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər. Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən əziyyət çəkmiş ölkədir.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.