DÜNYA


Kolumbiya Konqresi üsyançılarla sülh sazişini ratifikasiya edib

Bakı, 11 may, AZƏRTAC

Kolumbiya Konqresinin deputatları ölkə hökuməti və “Kolumbiya inqilabi silahlı qüvvələri” (FARC) qruplaşmasının üsyançıları ilə sülh sazişini ratifikasiya edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Konqresdə keçirilən səsvermədə saziş lehinə 52, əleyhinə isə 2 səs olmaqla qəbul edilib. Sənəd FARC-ın “siyasi reinteqrasiyasını”, həmçinin Kolumbiya Senatında və Nümayəndələr Palatasında azı 5 yerlə təmsil olunmasını nəzərdə tutur. Bunun üçün onlar gələn il keçiriləcək parlament seçkilərində iştirak etməlidirlər.

Sülh sazişinin əsas bəndlərindən biri də qruplaşmanın partiya kimi ölkənin siyasi həyatına cəlb olunmasıdır.

Kolumbiya hökuməti ilə üsyançılar arasında münaqişə Qərb yarımkürəsində ən üzün sürən silahlı qarşıdurma kimi tarixə düşüb. Yarım əsrdən çox davam edən vətəndaş müharibəsi tərəflərin keçən ilin noyabrında imzaladıqları sülh sazişinə əsasən başa çatmaq üzrədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.