DÜNYA


Kolumbiya Prezidenti Xuan Manuel Santos Nobel Sülh mükafatına layiq görülüb VİDEO

A+ A

Stokholm, 7 oktyabr, Rauf Əliyev, AZƏRTAC

2016-cı il üçün Nobel Sülh mükafatına Kolumbiyanın Prezidenti Xuan Manuel Santos layiq görülüb.

Bunu oktyabrın 7-də Osloda Norveç Nobel Komitəsinin sədri Karin Sisille Kullmann Five elan edib. O qeyd edib ki, Kolumbiyanın Prezidenti Xuan Manuel Santos bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) rəhbəri Rodriqo London ilə nail olduğu sülh razılaşmasına görə layiq görülüb. Karin Sisille Kullmann Five bildirib ki, 50 il davam edən münaqişə nəticəsində 200 min kolumbiyalı öldürülüb, 6 milyondan çox insan isə öz doğma evindən didərgin düşüb. Norveç Nobel Komitəsinin sədri vurğulayıb ki, Kolumbiya vətəndaşlarının referendumda sülh razılaşmasına qarşı səs verməsinə baxmayaraq, ölkə rəhbərinin sülh üçün həyata keçirdiyi siyasət vacibdir və Nobel mükafatı Prezidentin bu işdə səylərinin tanınması deməkdir.

Qeyd edək ki, laureatların mükafatlandırılması mərasimləri Nobelin vəfat etdiyi gündə – dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda, Nobel Sülh mükafatı isə Oslo Şəhərində təqdim olunur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.