MƏDƏNİYYƏT


Kolumbiya Respublikasının rəsmisi xanım Marta Qalindo Tərcümə Mərkəzində

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo və konsulu xanım Kelli Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.

Görüşdə nəşri bu ilin aprel ayında Kolumbiya Milli Nəşriyyatında reallaşacaq kitabın təqdimatı və digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.